BAKI, 2 oktyabr. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanı sülh prosesində əldə olunan irəliləyiş münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, o, bu barədə Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində panel müzakirəsi zamanı bildirib.

“Azərbaycan və Ermənistan arasında sülh bəyannaməsinin imzalanması böyük nailiyyətdir. Cənubi Qafqaz və Qərbi Balkanda baş verən hadisələr diqqətimizdədir”, - Fransa lideri qeyd edib.