TBİLİSİ, 21 sentyabr. TELEQRAF

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ABŞ-yə səfərə yollanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyasından bildirilib.

M.Kavelaşvili sentyabrın 26-dək davam edəcək səfər çərçivəsində BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 80-ci sessiyasında çıxış edəcək. Onun yüksək səviyyəli ikitərəfli görüşləri planlaşdırılıb.

Gürcüstan Prezidenti BMT-nin Baş katibi Antonio Quterreşlə də görüş keçirəcək. O, ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Trampın adından BMT sessiyasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə təşkil olunacaq rəsmi qəbulda da iştirak edəcək.