BAKI, 28 avqust. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda ABŞ ilə imzalanmış memorandumlarının ictimaiyyətə açıqlanacağını bəyan edib.

Teleqraf xəbər verir ki, o, bu razılaşmaların sirr olmadığını bildirib.

“Bu, ikitərəfli sənəd olduğundan amerikalı tərəfdaşlarımızla anlaşacağıq və həmin sənədləri də dərc edəcəyik”, - baş nazir qeyd edib.

O vaxta qədər, Paşinyanın sözlərinə görə, ekspertlər və deputatlar mətnin məzmunu ilə tanış ola bilərlər:

“Onu da, deyim ki, heç bir sirr yoxdur. Düşünürəm ki, bunu tezliklə dərc edəcəyik”.