BAKI, 28 avqust. TELEQRAF

“Ermənistanın blokadadan çıxması iqtisadi inkişafımıza təkan verəcək”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib.

“İnanıram ki, siyasi və regional proseslər, o cümlədən blokadanın (Azərbaycan və Türkiyə ilə sərhədlər və yolların açılmasını nəzərdə tutur – red.) gözlənilən ləğvi də sənayeyə yeni keyfiyyət və yeni ölçü gətirəcək”, - baş nazir bildirib.