BAKI, 21 avqust. TELEQRAF

“Əgər sülh olarsa, o zaman ticarət əlaqələri də tezliklə yaranacaq. Zamanla bu məsələ inkişaf edəcək”.

Teleqraf xəbər verir ki, Baş nazir Nikol Paşinyan Ermənistan-Azərbaycan münasibətlərindən danışarkən belə deyib.

O qeyd edib ki, Azərbaycan üçün Ermənistan ərazisindən, Ermənistan üçün də Azərbaycan ərazisindən keçməklə üçüncü ölkələrə yollar açılacaq.