BAKI, 21 avqust. TELEQRAF
“Qarşıdan gələn seçkilərdə Ermənistan xalqı sülh və sülh arasında seçim etməlidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir artıq “müharibə” sözünü işlətmək istəmədiyini vurğulayıb:
“Bu sülhün gündəlik qayğıya ehtiyacı var. Bu, hər birimiz öz yerində, o cümlədən vətəndaşların öz siyasi mövqelərini müəyyən etmələri ilə daxil olmaqla, birlikdə etməli olduğumuz şeydir”.