TBİLİSİ, 12 avqust. TELEQRAF
Ankarada Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, görüşdə ölkələr arasında ikitərəfli əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.
Gürcüstanla Türkiyə arasında sıx dostluq və tərəfdaşlıq münasibətləri vurğulanıb, təhsil və təhlükəsizlik sahələrində əməkdaşlıq nəzərdən keçirilib.
Görüşdə iqtisadi əməkdaşlıq məsələlərinin də müzakirəsi aparılıb, siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli və regional əməkdaşlığın dərinləşdirilməsinə hazırlıq ifadə edilib.

***
19:17
TBİLİSİ, 12 avqust. TELEQRAF
Ankarada Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, tərəflər ölkələr arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq və əlaqələrin daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Dövlət başçıları bölgədə sülh və təhlükəsizlik məsələləri, regional layihələr ətrafında da fikir mübadiləsi aparıblar.
***
17:41
TBİLİSİ, 12 avqust. TELEQRAF
Ankarada Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında rəsmi görüş başlayıb.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, görüşdən öncə M.Kavelaşvilinin rəsmi qarşılanma mərasimi olub.
Dövlət başçıları arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər keçiriləcək. Görüşlərdən sonra tərəflər mətbuata birgə bəyanatla çıxış edəcəklər.

***
13:32
TBİLİSİ, 12 avqust. TELEQRAF
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Türkiyəyə ilk rəsmi səfəri başlayıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, onun başçılıq etdiyi nümayəndə heyətini Ankaranın Esenboğa hava limanında Türkiyənin yüksək vəzifəli şəxsləri qarşılayıb.

***
11:06
TBİLİSİ, 12 avqust. TELEQRAF
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə rəsmi səfər edəcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyasından bildirilib.
M.Kavelaşvili səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşəcək. Yüksək səviyyəli görüşlərdən sonra tərəflər mətbuata birgə bəyanatla çıxış edəcəklər.
Prezidentin başçılıq etdiyi nümayəndə heyətinə xarici işlər nazirinin müavini Laşa Darsaliya, Gürcüstanın Türkiyədəki səfiri Arçil Kalandiya, Prezident Administrasiyasının nümayəndələri, Türkiyə parlamenti ilə Dostluq qrupunun rəhbəri və üzvləri - Giorgi Çkoniya, Mariam Laşxi, Mariam Maşaşili daxildir.
***
18:43
BAKI, 11 avqust. TELEQRAF
Avqustun 12-də Gürcüstan Prezidenti Mixeil Kavelaşvili dövlət başçısı seçildikdən sonra ilk dəfə olaraq Türkiyəyə səfər edəcək.
Teleqraf xəbər verir ki, M.Kavelaşvilinin ikigünlük səfəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə təşkil olunub. Rəsmi Ankara Türkiyənin strateji tərəfdaşı olan Gürcüstanla əməkdaşlığın hərtərəfli dərinləşdirilməsinə hazır olduğunu bəyan edib.
Yüksəksəviyyəli danışıqların gündəliyində regional və qlobal məsələlər də yer alıb.