
BAKI, 21 iyun. TELEQRAF
“Türkiyə və başqa ölkələrin Ermənistan ərazisindən keçən nəqliyyat yollarından istifadə etməsində bir problem yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 20-də İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən əvvəl Türkiyədəki erməni icması ilə görüşündə deyib.
“İndi hamımızın beynində bir şey var: vay, onların məqsədi Turandır. Nə istəyirlər? Ermənistanın ərazisindən keçmək istəyirlər? Qoy keçsinlər, bu pisdir? Biz də təklif eləmişik. Soruşuruq: nə istəyirsiniz? Deyirlər: Şərq-Qərb və Şimal-Cənub getmək. Biz deyirik: gedin, nə problem var?”, - baş nazir bildirib.
Paşinyanın sözlərinə görə, İrəvan Ermənistanı, Türkiyə də Mərkəzi Asiya və Çinlə iqtisadi əlaqələrini inkişaf etdirmək istəyirik: “Hər şeyə bir ad qoyuruq: “Vay-vay, (türklər) Turan qurmaq istəyirlər!”.