TBİLİSİ, 21 may. TELEQRAF

Gürcüstanın ədliyyə naziri Paata Saliya Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib.

Tərəflər iki ölkənin səlahiyyətli qurumları arasında hüquq sahəsində sıx və səmərəli əməkdaşlığı və gələcəkdə birgə fəaliyyətin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.

Nazirlikdə keçirilən görüşdə ədliyyə nazirinin müavini Beka Dzamaşvili və Azərbaycan səfirliyinin birinci katibi Seymur İlyaslı da iştirak ediblər.

Qeyd edək ki, Gürcüstan parlamentinin üzvü olmuş P.Saliya bu ilin aprelin əvvəlində ədliyyə naziri təyin olunub. O, bu vəzifədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi postuna təyinat almış Anri Oxanaşvilinİ əvəzləyib.