BAKI, 21 may. TELEQRAF

"Avropa İttifaqı fəaldır, öz mexanizmlərini Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda inkişaf etdirməyə çalışır".

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.

Lavrovun sözlərinə görə, heç kim heç kimə dünyanın hər hansı ölkəsi ilə münasibətləri inkişaf etdirməyi qadağan edə bilməz, amma bu, başqasına yönəlmiş oyun olmamalıdır:

“Siz gəlib deyə bilməzsiniz ki, biz sizə maraqlı layihələr təklif edirik, amma bunun müqabilində başqası ilə təmasları dayandırmalısınız”.

Onun fikrincə, bu, “parçala, hökmranlıq et” prinsipidir. Nazirin sözlərinə görə, bu prinsipdə heç bir demokratik element yoxdur.

Söhbət Avropa İttifaqının Ermənistanda müşahidə missiyası yerləşdirməsindən gedir.