BAKI, 17 iyul. TELEQRAF

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkəsinin ABŞ-nin təzyiqlərinə güzəştə getməyəcəyini və öz suverenliyini qorumaqda davam edəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, Lula bu açıqlamanı ABŞ-nin Braziliya məhsullarına yeni gömrük rüsumları tətbiq etməsindən sonra verib.

“Braziliya öz suverenliyini müdafiə etmək uğrunda tərəddüd etmədən mübarizə aparacaq”, - deyə dövlət başçısı “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio Braziliyadan idxal olunan məhsulların böyük hissəsinə 25 faiz həcmində yeni rüsumların tətbiq ediləcəyini açıqlayıb.

Braziliyanın xarici işlər naziri Mauro Vieyra isə bildirib ki, Vaşinqton Cənubi Amerika ölkəsinin daxili bazarlarına maneəsiz çıxışla bağlı ultimatum xarakterli tələblər irəli sürüb.