BAKI, 4 iyul. TELEQRAF

“Ermənistan Baş naziri Nikol Paşinyan və komandası “çəhrayı ponilər dünyası”nda yaşayır”.

Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Pritçin deyib.

O bildirib ki, Paşinyanın Avropa İttifaqına üzv olmaq arzusu olsa da, bu məqsədin reallaşması mümkün deyil.

Pritçin qeyd edib ki, Avropa İttifaqına üzvlük yolunda Gürcüstan Ermənistandan qat-qat çox iş görsə də, hətta o belə ancaq çox sərt tələbləri yerinə yetirdiyi halda ittifaqa qəbul edilə bilər.

“Ermənistanın hakim komandası Gürcüstanın təcrübəsinə baxmaq istəmir. İrəvanda hamı “çəhrayı ponilər dünyası”nda yaşamağa üstünlük verir”, - politoloq vurğulayıb.