BAKI, 4 iyul. TELEQRAF

“Rusiya Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxaracaq”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Areq Koçinyan deyib.

“Rusiya artıq Ermənistanın onun düşməni olduğuna qərar verib. Rusiya son seçkilərdə uğursuzluğa düçar olduqdan sonra Avrasiya İqtisadi Birliyindən (AİB) Ermənistana qarşı silah kimi istifadə edir. Gərginlik davam edəcək. Gedişata uyğun olaraq, Ermənistan KTMT-dən də çıxarılacaq”, - ekspert bildirib.

Areq Koçinyan Avropa İttifaqına üzvlük qərarı verən Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxacağını da istisna etmir.