BAKI, 17 iyul. TELEQRAF
ABŞ-nin "SpaceX" şirkəti “Starship” kosmik gəmisinin prototipinin 13-cü sınaq uçuşunu son anda ləğv edib.
Teleqraf xəbər verir ki, şirkətin “X” sosial şəbəkəsində yayımlanan canlı yayımında bildirilib ki, iyulun 16-na planlaşdırılan buraxılış həyata keçirilməyəcək.
"SpaceX" şirkətinin “Starship” kosmik gəmisinin 13-cü sınaq uçuşunun son anda təxirə salınmasına mühərriklərdə yaranan nasazlıq səbəb olub.
Bu barədə şirkətin rəhbəri İlon Mask “X” sosial şəbəkəsində paylaşım edib.
“Mühərriklərdən bəziləri işə düşmədi və bu, startın avtomatik şəkildə ləğv edilməsinə səbəb oldu. Ümid edirik ki, bir neçə gün ərzində yenidən cəhd edəcəyik”, - deyə Mask bildirib.
Qeyd edək ki, “Starship”in əvvəlki sınaq uçuşu may ayında baş tutmuşdu. Həmin vaxt şirkət üçüncü nəsil V3 raketlərinin ilk nümayəndəsi olan “Starship S39” modelini sınaqdan keçirmişdi. Kosmik gəmi suya enişdən sonra partlamışdı.