BAKI, 17 iyul. TELEQRAF
İranın cənubundakı liman şəhəri Bəndər-Ləngə ABŞ Silahlı Qüvvələrinin ehtimal olunan raket hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, şəhərdə raket zərbələrinin qeydə alındığı bildirilir. Hadisənin təfərrüatları, eləcə də mümkün dağıntılar və itkilərlə bağlı hələlik məlumat açıqlanmayıb.
"Mehr" agentliyi daha əvvəl İranın Veysiyan şəhərinin də hücuma məruz qaldığını xəbər vermişdi. Hər iki hadisə ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, iyulun 16-da ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti zərbələr seriyasına başladığını elan edib.
İran KİV-lərinin məlumatına əsasən, son hücumlar zamanı Bəndər-Abbas, Keşm adası, Əhvaz, Buşəhr, Bəndər-Xomeyni və İranşəhr hava limanı da hədəfə alınıb.