BAKI, 3 iyul. TELEQRAF

Ermənistanın VIII çağırış parlamenti bu gün son iclasını keçirərək, fəaliyyətini başa vurub.

Teleqraf xəbər verir ki, son iclasda hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatları deputat etikasına dair bəzi dəyişiklikləri qəbul ediblər.

Həmçinin seçicilərin rüşvətlə ələ alınmasına görə cəza sərtləşdirilib, xaricdə yaşayan vətəndaşların səsvermə hüququ isə məhdudlaşdırılıb. Parlamentin spikeri Alen Simonyan deputatlara fəaliyyətlərinə görə təşəkkür edib və "Vətəndaş Müqaviləsi" partiyasından olan həmkarı Ruben Rubinyana uğurlar arzulayıb.

Qeyd edək ki, R. Rubinyan partiya tərəfindən spiker vəzifəsinə namizəd göstərilib.