BAKI, 17 iyul. TELEQRAF

ABŞ hərbi aviasiyası İranın cənub-şərqində yerləşən İranşəhr hava limanına raket zərbəsi endirib.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, hücum ABŞ qırıcıları tərəfindən həyata keçirilib. Hava limanının yerləşdiyi əraziyə yaxın sakinlər üç güclü partlayış səsi eşitdiklərini bildiriblər.

Hələlik hadisə nəticəsində yaralananlar və hava limanının infrastrukturuna dəyən ziyan barədə rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti zərbələr seriyasına başladığını bəyan etmişdi.

İran KİV-lərinin yaydığı məlumata əsasən, son hücumlar zamanı Bəndər-Abbas, Bəndər-Xomeyni və Keşm adası yaxınlığında da partlayışlar qeydə alınıb.