BAKI, 17 iyul. TELEQRAF
ABŞ hərbçiləri Oman körfəzində üzən tankerlərdən birinə çıxaraq gəmidə yoxlama aparıblar.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, ABŞ Dəniz Piyadalarının 11-ci Ekspedisiya Bölməsinin hərbçiləri Oman körfəzində hərəkət edən “Wen Yao” tankerinə enərək baxış keçiriblər.
CENTCOM-un açıqlamasına görə, iyulun 14-də İran əleyhinə dəniz blokadasının bərpa edilməsindən sonra ABŞ qüvvələri üç kommersiya gəmisinin marşrutunu dəyişdirib, bir gəmini fəaliyyət qabiliyyətindən məhrum edib və daha bir gəmiyə baxış keçirib.
ABŞ tərəfi əməliyyatların məqsədi və yoxlamanın nəticələri barədə əlavə məlumat verməyib.