BAKI, 17 iyul. TELEQRAF
İran ordusu Bəhreyndə yerləşən ABŞ-ın Saxir hərbi bazasına pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti IRIB məlumat yayıb.
Məlumata görə, hücum zamanı “Araş” tipli pilotsuz uçuş aparatlarından istifadə olunub. İran tərəfi bildirib ki, zərbələrin hədəfi ABŞ ordusuna məxsus helikopterlərin və P-8 patrul-təyyarələrinin yerləşdiyi ərazi olub.
“İran ordusu Bəhreyndəki Saxir bazasında ABŞ hərbçilərinə məxsus helikopter və P-8 təyyarələrinin dislokasiya məntəqəsinə “Araş” pilotsuz uçuş aparatları ilə zərbələr endirib”, - məlumatda qeyd olunub.
Hücumun nəticələri, mümkün itkilər və dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni zərbələr dalğasına başladığını elan etmişdi.