BAKI, 8 iyul. TELEQRAF
Ermənistan və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin mətni hazırda hazırlıq və razılaşdırma mərhələsindədir.
Teleqraf xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Diplomatın sözlərinə görə, sənədin imzalanması iki ölkə arasındakı əməkdaşlığı yeni səviyyəyə qaldıracaq və əlavə imkanlar açacaq:
"Tərəflərin erməni-iran tərəfdaşlığını institusionallaşdırmaq istəyi çox ciddidir. Ötən həftə keçirilən görüşdə İran Prezidenti Məsud Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyanla bu məsələnin əhəmiyyətini müzakirə edib".