BAKI, 2 iyul. TELEQRAF

Avropa Komissiyasının sədri Ursula fon der Leyenin İrəvana səfəri yekunlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

***

10:23

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ermənistana səfər edib.

Teleqraf xəbər verir ki, onu İrəvanda “Zvartnots” beynəlxalq hava limanında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.

Səfər çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyan ilə Ursula fon der Leyen arasında görüş keçiriləcək. Görüşdən sonra Ermənistan Baş naziri və Avropa Komissiyasının prezidenti bəyanatlarla çıxış edəcək və media nümayəndələrinin suallarını cavablandıracaq.

Xatırladaq ki, Ursula fon der Leyen bundan əvvəl Azərbaycanda səfərdə olub.