BAKI, 21 may. TELEQRAF

"Rusiya bazası Ermənistanın maraqları və təhlükəsizliyinin təmin edilməsində mühüm komponentdir".

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.

O xatırladıb ki, bu il bazanın yerləşdirilməsi haqqında sazişin imzalanmasının 30 ili tamam olur: “Moskva iki ölkənin hərbi, təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları arasında müntəzəm sıx təmasların olmasının tərəfdarıdır”.

Nazir əlavə edib ki, Rusiya Ermənistanın KTMT-də fəal iştirakında maraqlıdır.