BAKI, 14 may. TELEQRAF

Ermənistan parlamentinin sədri Alen Simonyan sosial şəbəkədəki səhifəsində sabiq prezident Robert Köçəryan və oğlu Levonu ələ salıb.

Teleqraf xəbər verir ki, o, bu barədə parlamentdəki son insidentdən sonra bildirib.

Alen Simonyan yazıb:

“Uşaq ağlaya-ağlaya evə gəlir, deyir: ana, mənə həyətdə “Robert Köçəryan” dedilər.

Ana cavab verir: Bəs sən heç nə etmədin, sadəcə sənə dedilər ki, o yana get, Robert Köçəryan?

Ömrün boyu sənə “Robert Köçəryan” deyəcəklər, sən isə ağlayıb özünü müdafiə etməli olacaqsan”.

Xatırladaq ki, bundan əvvəl parlamentdə iclas zamanı hakim partiyanın deputatı, vitse-spiker Akop Arşakyanla Robert Köçəryanın oğlu, deputat Levon Köçəryan arasında dava olub. Mübahisə ilə başlayan gərginlik əlbəyaxa davaya çevrilib. Levon hakim partiyanın üzvlərini təhqir edərək, söyüb. Qarşı tərəfin nümayəndələri isə onun atasını saysız cinayətlər törətməkdə, korrupsiya və talançılıqda ittiham ediblər.