BAKI, 17 aprel. TELEQRAF
“Qarabağ hərəkatı” Ermənistanın müstəqilliyi və suverenliyi üçün dağıdıcıdır".
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Müxalifət söyləyir ki, Ermənistan dövlətçiliyinin bir məqsədi və mənası olub və var: “Qarabağ hərəkatı”, Qarabağ məsələsi, ona görə də “Qarabağ hərəkatı” hansı nəticələrə gətirib çıxaracağından asılı olmayaraq davam etməlidir. Amma mən nəinki bu fikirlə razılaşmıram”, - baş nazir bildirib.
Paşinyan vurğulayıb ki, “Qarabağ hərəkatı” Ermənistanın müstəqilliyi və suverenliyi üçün dağıdıcıdır.
Həmçinin o qeyd edib ki, Ermənistanı zəif salan və onu müstəqillikdən məhrum edən bu qondarma hərəkat çoxdan sona çatmalı idi:
“Bu, Ermənistanın dövlətçiliyinin, müstəqilliyinin və suverenliyinin qarşısının alınması üçün bir vasitə idi, təəssüf ki, biz bunu çox gec dərk etdik”.
Xatırladaq ki, baş nazir dünən də separatçı hərəkatın Ermənistanda davam etməyəcəyini açıqlamışdı.