
TBİLİSİ, 24 mart. TELEQRAF
“Cənubi Qafqaz təhlükəsizlik baxımından çox həssas bölgədir”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Macarıstanın Diplomatiya Akademiyasında keçirilən görüşdə deyib.
Nazir Gürcüstanın regionda istənilən əməkdaşlığa hər zaman töhfə verməyə hazır olduğunu bildirib.
“Qarşıya qoyulan məqsədə nail olmaq üçün davamlı sülh və sabitliyin qorunması vacibdir. Gəlin Cənubi Qafqazı qarşılıqlı əlaqəli regiona çevirək”, - M.Boçorişvili söyləyib.
Tbilisi-Vaşinqton münasibətlərinə də toxunan XİN başçısı ABŞ-nin bölgədə mühüm oyunçu olduğunu vurğulayıb:
“Gürcüstan ABŞ ilə müxtəlif istiqamətlər üzrə məzmunlu strateji tərəfdaşlıqda maraqlıdır. Biz çox ümid edirik ki, münasibətlərimizi həqiqətən də strateji etmək mümkün olacaq”.