TBİLİSİ, 24 mart. TELEQRAF

“Gürcüstan üçün Orta Dəhlizdə öz rolunu oynaması çox vacibdir. Biz müxtəlif ölkələrlə bu layihədə iştirakımıza böyük diqqət ayırırıq”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Budapeştdə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ilə keçirdiyi brifinqdə deyib.

Nazir Gürcüstanın Macarıstan, Rumıniya və Azərbaycanla yaxşı əməkdaşlığının olduğunu qeyd edib.

“Bu, çox vacibdir və bu istiqamətdə işlər davam etdiriləcək. Avropa Komissiyası ilə bu planda iş aparmaq da mühüm əhəmiyyət kəsb edir. Bu layihə, bizim təklif etdiyimiz onlar üçün çox vacibdir. Avropanın təhlükəsizliyi üçün vacib layihələrin reallaşdırılması üçün Avropa strukturlarında Macarıstanın dəstəyinə ümid edirik”, - XİN başçısı əlavə edib.

Qeyd edək ki, Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinin iştirakçılarıdır.