BAKI, 20 mart. TELEQRAF

Muzeylərə, qalereyalara gedirik, XIX-XX əsrlər və digər dövrlərə, o cümlədən Sovet İttifaqına aid sənət əsərlərinə baxırıq, amma müstəqil Ermənistan incəsənəti muzeylərimizdə çox zəif təmsil olunur.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Tələbələrimizi muzeylərə getməyə həvəsləndiririk, gedirlər, çox mühüm irs görürlər, amma müstəqillik əldə etdikdən sonra açıq vakuum yaranıb, heç nə - Ermənistanda incəsənət, mədəniyyət və yaradıcılıq yoxdur. Heç nə yoxdur, bu, ciddi problemdir. Bizim dövlət qalereyasında müasir rəssamların daimi sərgisi də yoxdur”, - baş nazir bildirib.