
BAKI, 19 mart. TELEQRAF
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-nin Avropa Komandanlığının Ştutqartda (Almaniya) yerləşən qərargahında keçirilən danışıqlarda iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat verib.
Qərargah danışıqları zamanı bir sıra görüşlər, o cümlədən ABŞ-nin Avropa Komandanlığının bir sıra yüksək rütbəli zabitləri ilə fərdi söhbətlər baş tutub.
Qeyd olunur ki, bu, Ermənistan və ABŞ-nin Avropa Komandanlığı arasında ikinci belə görüşdür.