TBİLİSİ, 7 mart. TELEQRAF
ABŞ Senatının Beynəlxalq münasibətlər üzrə komitəsi martın 11-də Gürcüstan hakimiyyətinin əleyhinə olan qanun layihəsinə baxacaq.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, “Megobari Act” adlandırılan sənəddə Gürcüstan hakimiyyətinə qarşı geniş miqyaslı sanksiyaların tətbiqi təklif olunur.
Müəllifi respublikaçı konqresmen Co Uilson olan sənədin 18 həmmüəllifi var.
Prosedurlara əsasən, Beynəlxalq münasibətlər üzrə komitədə müzakirələrdən sonra qanun layihəsi səsvermə üçün Senata təqdim olunacaq. Senatın qəbul edəcəyi halda sənəd yekun təsdiq üçün Nümayəndələr Palatasına göndəriləcək. Sənədin qanuna çevrilməsi üçün hər iki palatadan keçməsi və ABŞ prezidentinin imzası tələb olunur.
Qeyd edək ki, ABŞ-nin yeni administrasiyası Gürcüstanla bağlı mövqeyini hələ ifadə etməyib.