TBİLİSİ, 7 mart. TELEQRAF

“Gürcüstanın əsas vəzifələrindən biri Orta Dəhliz çərçivəsində öz rolunu inkişaf etdirməkdir və bu baxımdan Türkmənistanla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkmənistan Gürcüstan üçün vacib ölkədir və ölkələri sıx pozitiv əməkdaşlıq birləşdirir.

“İnanırıq ki, Türkmənistana səfər həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığın inkişafına töhfə verəcək. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün potensial çox böyükdür və biz buna xüsusi diqqət yetirəcəyik”, - baş nazir söyləyib.