TBİLİSİ, 7 mart. TELEQRAF

“Gürcüstanın Orta Dəhlizdə mühüm rol oynamaq ambisiyası var və buna görə də Mərkəzi Asiya ölkələri ilə əlaqələrimiz daha da dərinləşdirilməlidir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili jurnalistlərə açıqlamasında deyib.

O, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Türkmənistana səfərinin çox vacib olduğunu qeyd edib.

“Türkmənistan Gürcüstan üçün maraqlı tərəfdaşdır və onun tranzit ölkə kimi rolu çox mühümdür. Biz Mərkəzi Asiya ölkələrində olan potensialdan daha yaxşı istifadə etməliyik. Bu potensialdan tam yararlanmaq üçün yaxşı əməkdaşlıq və qarşılıqlı anlaşma tələb olunur”, - XİN başçısı söyləyib.