BAKI, 6 mart. TELEQRAF

Ermənistanın Avropa İttifaqındakı (Aİ) nümayəndəliyində müdafiə attaşesi vəzifəsi yaradılacaq.

Teleqraf xəbər verir ki, qərar layihəsi Ermənistan hökumətinin bugünkü iclaslarının gündəliyinə daxil edilib.

Layihədə deyilir ki, qərar Ermənistanın son dövrlərdə Avropa İttifaqı ilə müdafiə, təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığının nəzərəçarpacaq dərəcədə inkişaf etdiyi nəzərə alınaraq verilib.