
BAKI, 27 fevral. TELEQRAF
ABŞ gömrük və sərhəd mühafizə komandası Ermənistana gəlməyib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədr müavini Rafael Gevorkyan məlumat verib.
“Bir qrup ABŞ gömrük və sərhədçisinin Ermənistana planlaşdırılan səfəri baş tutmayıb”, - o qeyd edib.
Dövlət Gəlirləri Komitəsi planlaşdırılan səfərlə bağlı başqa təfərrüat açıqlamayıb.
Xatırladaq ki, yanvar ayında ABŞ-nin o zamankı dövlət katibi Entoni Blinken Ermənistan-ABŞ strateji tərəfdaşlıq sazişinin imzalanması mərasimində bildirmişdi ki, Amerikanın gömrük və sərhəd təhlükəsizliyi komandası sərhəd təhlükəsizliyi potensialını inkişaf etdirmək üçün yaxın həftələrdə Ermənistana gedəcək.