BAKI, 22 aprel. TELEQRAF

AFFA U-10 Liqasında iştirak edən "Karvan-Yevlax"ı və baş məşqçisi Oqtay Əlizadəni cəzalandırıb.

Teleqraf xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar verib.

SUHB komandasına məxsus futbolçunu müxtəlif oyunlarda ən azı 3 dəfə öz heyətinə cəlb etdiyinə görə "Karvan-Yevlax" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib, komanda yarışlardan kənarlaşdırılıb.

Həmçinin komandanın baş məşqçisi Oqtay Əlizadənin 6 ay müddətinə futbola aid istənilən fəaliyyətdə iştirak etməsi qadağan edilib (maddə 99, 79.4, 97.1, 97.2, 11.3).