BAKI, 22 aprel. TELEQRAF
Mədəniyyət Nazirliyinin fəaliyyətini tənzimləyən hüquqi aktlarda təlimlərin keçirilməsi ilə bağlı hər hansı hüquq və vəzifə müəyyənləşdirilməsə də, əməkdaşları üçün fərqli mövzularda təlimlərin keçirilməsi məqsədilə müqavilələr bağlayıb, dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə şərait yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət Auditi" bülleteninin 2026-cı il üzrə birinci nömrəsində qeyd olunub.
Bundan əlavə, təlimçilərin 60%-nin əsas şərtlər toplusunda müəyyənləşdirilən tələblərə uyğun gəlmədiyi müəyyən olunub ki, bu da bağlanan müqavilənin məqsədinə nail olunma ilə bağlı risk amilləri formalaşdırıb.