BAKI, 22 aprel. TELEQRAF
Ötən gün metroda baş verən texniki insidentlə bağlı operativ tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Qeyd edilib ki, Bakı metrosunda saat 12:00-dan etibarən xətlərdə 28 cüt qatar fəaliyyət göstərir.
"Metronun "Əhmədli"–"28 May" mənzili üzrə intervallar 2 dəqiqə 30 saniyədən 2 dəqiqə 8 saniyəyə, "28 May"–"Dərnəgül" və "28 May"–"İçərişəhər" mənzilləri üzrə isə 5 dəqiqədən 4 dəqiqə 15 saniyəyə endirilib. Qatarlararası intervalların daha da azaldılması istiqamətində işlər davam edir," - deyə qurumdan bildirilib.