BAKI, 22 aprel. TELEQRAF

Türkiyə Superliqası təmsilçisi “Qaziantep” yeni baş məşqçisinin adını açıqlayıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın sükanı arxasına rumıniyalı mütəxəssis Mirel Radoini təyin edilib.

O, bu postda bir neçə gün əvvəl ayrılan Burak Yılmazı əvəzləyəcək. 45 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mirel Radoi son olaraq martda Rumınıyanın FCSB klubundan ayrılıb. Onun rəhbərliyi altında komanda cəmi 5 oyunda 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət yaşayıb.