BAKI, 22 aprel. TELEQRAF

Türkiyənin “Qalatasaray” klubu mövsümün sonunda yollarını ayırmağı planlaşdırdığı argentinalı futbolçusu Mauro İkardinin əvəzləyicisini tapıb.

Teleqraf Libero TV-yə istinadən xəbər verir ki, “sarı-qırmızılar”ın transfer siyahısında ilk sırada “Əl-Əhli”nin formasını geyinən ingilis hücumçu İvan Toni yer alır.

Bildirilir ki, “Qalatasaray” 30 yaşlı forvardı həm icarə, həm də transfer yolu ilə heyətinə qatmaq variantlarını nəzərdən keçirir.

Qeyd edək ki, İvan Toni 2024-cü ilin yayında 42 milyon avro qarşılığında “Brentford”dan “Əl-Əhli”yə transfer olunub. O, cari mövsüm 43 oyunda 37 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda transfer dəyəri 20 milyon avro olan hücumçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.