BAKI, 22 aprel. TELEQRAF
"Mançester Siti"nin hücumameyilli yarımmüdafiəçisi Bernardo Silva karyerasını La Liqa klubunda davam etdirmək istəyir.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, 31 yaşlı portuqaliyalı futbolçunun karyerasını davam etdirmək üçün ilk seçimi "Barselona"dır.
Yarımmüdafiəçi daha əvvəl cari mövsümün sonunda azad agent kimi "Mançester Siti"dən ayrılacağını açıqlamışdı.
Silva bu mövsüm bütün turnirlərdə 45 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, İtaliyadan "Yuventus", Türkiyədən isə "Fənərbağça" və "Qalatasaray" klubları Silva ilə maraqlanır.