
TBİLİSİ, 20 fevral. TELEQRAF
Gürcüstanda həyata keçirilmiş antiterror əməliyyatları nəticəsində iki nəfər ölkə vətəndaşı saxlanılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib.
Saxlanılan şəxslərin evlərində aparılmış axtarışlar zamanı döyüş sursatı, müxtəlif növ elektron cihazlar, pul vəsaitləri və digər mühüm əşyalar da daxil olmaqla, istintaq üçün mühüm əhəmiyyət kəsb edən sübutlar müsadirə edilib. Həmçinin onların beynəlxalq terror təşkilatı ilə mümkün əlaqələrini təsdiqləyən müxtəlif sübutlar da götürülüb.
Faktla bağlı xarici terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etmə maddəsi ilə istintaq aparılır.