LƏNKƏRAN, 18 aprel. TELEQRAF

Vətən müharibəsinin iştirakçılarından olan lənkəranlı kapitan Anar Bağırovun səhhətində ciddi problem yaranıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, onun vəziyyəti qəfil ağırlaşıb və Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata əsasən, Anar Bağırova "epileptic status" diaqnozu qoyulub və həyatını xilas etmək üçün intensiv tibbi müdaxilələr həyata keçirilir. Hazırda onun vəziyyəti kritik olaraq qiymətləndirilir. Həyati təhlükənin davam etməsi səbəbilə kapitanın ixtisaslaşmış tibb müəssisəsinə – Bakıya aparılması planlaşdırılır.

Qeyd edək ki, Anar Bağırov Vətən müharibəsində böyük şücaət göstərərək, Füzuli və Laçın rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Döyüş zamanı ağır yaralanmasına baxmayaraq, yenidən cəbhəyə qayıdaraq, sona qədər vuruşub. Onun xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilib və ölkə başçısının sərəncamları ilə bir sıra orden və medallarla təltif olunub.