LƏNKƏRAN, 9 aprel. TELEQRAF
Lənkəranda çürümüş ağac avtomobilin üzərinə aşıb.
Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə səhər saatlarında köhnə Ələt–Astara magistralında, rayonun Parakənd kəndi ərazisində baş verib.
Astara rayonunun Təngərüd kənd sakini, 59 yaşlı Asif Müzəffərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən yol kənarındakı çürümüş ağac qəfil aşaraq nəqliyyat vasitəsinin üzərinə düşüb.
Nəticədə avtomobildə olan sürücünün qızı, 38 yaşlı Nüşabə Müzəffərova və onun qayınanası, 66 yaşlı Təzəgül Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.
Məlumata görə, qəzada xəsarət alan T.Babayeva həmin gün xəstəxanada həkim qəbuluna yazılıbmış. Hadisə onlar qəbul üçün yola düşərkən baş verib.
Kənd sakinləri bildiriblər ki, hadisə olan ərazidə çürümüş ağaclar çoxdur və onların aşma təhlükəsi qalmaqdadır.
Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, hələlik heç bir tədbir görülməyib.