BAKI, 13 fevral. TELEQRAF

Kiçik ölçülü tar, kamança və digər suvenirlər…

Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, bu incə və zövqlü əl işlərinin müəllifi Lənkəran sakini Samir Həbibovdur.

O, uzun illərdir ağacoyma sənəti ilə məşğul olur və ata-baba peşəsini böyük məhəbbətlə davam etdirir. Əvvəllər əzaçıqlı sahəsində çalışsa da, hazırda gəlirini əsasən bu suvenirlərdən əldə edir.

Sənətkar müxtəlif ağac növlərindən milli ornamentlərlə bəzədilmiş dekorativ əşyalar, məişət üçün nəzərdə tutulan əl işləri və növbənöv divar, masaüstü saatlar hazırlayır. Əşyaların qiymətləri 10 manatdan başlayır və ölçülərinə görə dəyişir. Zərgər dəqiqliyi ilə hazırlanan bu süvenerlər əsasən ölkəmizə gələn turistlər tərəfindən yüksək qiymətləndirilir.

Əl işlərində “buta”, “xətai” kimi milli naxışlara üstünlük verən usta süni boyalardan istifadə etmir, ağacın təbii rəngini qorumağa çalışır. Onun yaradıcılığında qədim ənənə ilə müasir dizaynın vəhdəti aydın hiss olunur.

Samir Həbibov bu sənəti yaşatmaqla Azərbaycan mədəni irsinin qorunmasına və təbliğinə öz töhfəsini verir.