ASTARA, 10 mart. TELEQRAF
Astarada dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə diplomatların təxliyəsi davam edir.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hazırkı saatlarda Niderlandın İrandakı səfiri, eləcə də səfirliyin əməkdaşları Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə keçərək təxliyə olunublar.
Təxliyə prosesi müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun şəkildə davam etdirilir.