BAKI, 20 noyabr. TELEQRAF

Həm fərdi jurnalist müsabiqəsi, həm də çap və onlayn media subyektləri üçün keçirilən müsabiqələrdə yenilik edilib.

Teleqraf xəbər verir ki, bu barədə Media və Yayım Şurası məlumat yayıb.

Bildirilib ki, “Media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin təşkili məqsədilə müsabiqələrin keçirilməsi Qaydaları” və “Media nümayəndələri üçün müsabiqənin keçirilməsi Qaydaları” təsdiq edilib.

Qeyd edək ki, yenilənmiş qaydalarla buradan tanış ola bilərsiniz.