BAKI, 19 oktyabr. TELEQRAF

Fransa Baş naziri Sebastyan Lekornyu ölkədə iğtişaşlar davam edərsə, fövqəladə vəziyyət elan edilə biləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, hökumət başçısı bu barədə iğtişaşlarla əlaqədar böhran qərargahının iclasından sonra bildirib.

“Mən asayişi bərpa etməkdə qərarlıyam. Fövqəladə vəziyyət tətbiqi baxımından çox ciddi tədbirdir. Buna görə də, zəruri olarsa, onu tətbiq edə bilərik. Amma mövcud vəziyyəti nəzərə alsaq, komendant saatı daha uyğun tədbirdir”, - Lekornyu vurğulayıb.