BAKI, 20 oktyabr. TELEQRAF
“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının növbəti turunda Almaniyanın “Borussiya” (Dortmund) klubunun müvafiq yaş qrupundan ibarət komandasına uduzub.
Teleqraf xəbər verir ki, Əlincə Stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv turnirin ilk turunda səfərdə İngiltərənin “Mançester Yunayted” klubuna 5:0, ikinci turda isə Bakıda Çexiyanın “Slaviya” komandasına 3:0 hesabı ilə məğlub olub.