BAKI, 20 oktyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Türkiyənin “Qalatasaray” klubunu qəbul edəcək Fransanın “Lill” komandası hücumçusu Ayase Uedanın xidmətindən yararlana bilməyəcək.
Teleqraf xəbər verir ki, yaponiyalı futbolçu zədə səbəbindən komandanın son məşqində iştirak etməyib.
Baş məşqçi Davide Ançelottinin rəhbərliyi altında keçirilən hazırlıq prosesində türkiyəli futbolçular Berke Özer və Başar Önal da iştirak ediblər.
Qeyd edək ki, “Lill” – “Qalatasaray” qarşılaşması oktyabrın 21-də Fransadakı "Pyer Moro" stadionunda keçiriləcək. Matç Bakı vaxtilə saat 21:45-də başlayacaq.