MİNGƏÇEVİR, 20 oktyabr. TELEQRAF

Mingəçevirdə yol qəzası olub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Aydın Məmmədov küçəsində baş verib.

"Toyota", "Vaz 2107" və "Vaz 21015" markalı avtomobillərin iştirakı ilə baş verən qəza nəticəsində dörd nəfər xəsarət alıb.

"Vaz 2107"nin sürücüsü Əkbər Rzayev, "Vaz 21015"-in sürücüsü Elşad Qəhrəmanov, eləcə də 2002-ci il təvəllüdlü İlhami Məmmədov və 1986-cı il təvəllüdlü Vəfa Osmanova xəstəxansya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.