BAKI, 20 oktyabr. TELEQRAF

Fransada xanım səfirlər üçün nahar təşkil olunub və birinci xanım Bricit Makronun qatıldığı mərasimdə Azərbaycan səfiri Leyla Abdullayeva da iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə L. Abdullayeva "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Qadın səfirlərin Fransanın birinci xanımı ilə naharı.

Mühüm mövzular barədə səmimi müzakirələr: qadınlar, uşaqlar, təhsil, səhiyyə və daha çoxu", - deyə qeyd edib.